<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Baxıram mən ətrafıma, hər kəs dərdli bu dünyada İL387</title>
<lyrics>[V1]
 Baxıram mən ətrafıma, hər kəs dərdli bu dünyada,
 Yalvarıram, ey Allahım, sıxıntıdan qurtar məni.
 Savaş dolu hər tərəfdə, rahatlıq yox bu dünyada,
 Yalvarıram, ey Allahım, sıxıntıdan qurtar məni.

[V2]
 Həyatıma baxıram mən, yox ümidim, ağlayıram,
 Yalvarıram, ey Allahım, sıxıntıdan qurtar məni.
 Dərk etmirdim doğru yolu, fəsadlarla içim dolu,
 Yalvarıram, ey Allahım, günahlardan qurtar məni.

[V3]
 Günahlardan artıq bezdim, Rəbbə gəldim, tövbə etdim,
 Şükür edirəm, Allahım, mən itmişdim tapdın məni.
 Hər dərdimi Sənə dedim, Xilaskarım Sənsən mənim,
 Şükür edirəm, Allahım, Sən təsəlli verdin mənə.</lyrics>
<hymn_number>387</hymn_number>
</song>